Şukruti kənd sakinləri 25-ci gündür etirazın ən ağır forması olan aclığı davam etdirirlər. Onlar bu gün üzdəniraq quru aclığa keçdilər. Etiraz iştirakçıları bir neçə gündür Tbilisidə, ABŞ Səfirliyi qarşısında toplaşıblar.
Şukruti kənd sakinləri deyirlər ki, danışıqlara başlamaq üçün hazırlıq barəsində “Corcian Manqanez” tərəfindən verilən bəyanata baxmayaraq, şirkət tərəfindən bu günə qədər onlarla kimsə əlaqə saxlamayıb.
Onların problemləri ilə yerində “Strategiya Ağmaşenebelinin” lideri, Giorgi vaşadze tanış oldu. Onun dediyinə görə, kənd sakinlərin tələblərini parlamentdə səsləndirəcək. Üçüncü sektor nümayəndələri də oradadılar və aksiyaya başlamağı da istisna etmirlər.