ABŞ Səfirliyi "Cvari" monastrının konservasiya işlərinin birinci fazasını maliyyələşdirəcək
ABŞ Səfirliyi "Cvari" monastrının konservasiya işlərinin birinci fazasını maliyyələşdirəcək

Amerika Birləşmiş Ştatları Səfirliyinin məlumatına görə, ABŞ Səfirliyi “Cvari” monastrının konservasiya işlərinin birinci fazasını maliyyələşdirəcək

“ABŞ Səfirliyi Gürcüstanda, noyabrın 12-də “Cvari” monastrı layihəsini 2019-cu ilin mədəni irs abidəsi fondu müsabiqəsinin qalibi olaraq elan edəcək. Layihə çərçivəsində 100 min dollar Giorgi Çubinaşvili adına gürcü incəsənəti və abidələrin mühafizəsi milli tədqiqat mərkəzinə köçürüləcək.

“Cvari” monastrı Msxeta momumentlərinin əsas hissəsidir və UNESCO-nun Dünya Mədəni Ors Abidələri nüsxəsindədir.

ABŞ Səfirliyinin mədəni irs abidələrinin mühafizəsi fondu dünya miqyası ilə 125-dən artıq ölkədə artıq mindən çox layihəni maliyyələşdirib. Buna təxminən 74 milyon dollar xərclənib. Gürcüstanda fond 19 layihəni maliyyələşdirdi”, – Amerika Birləşmiş Ştatları Səfirliyinin yaydığı məlumatda deyilir.