ABŞ Səfirliyi - Bu gün gürcü dilinin gözəlliyini və unikallığını qeyd edirik, gürcü dostlarımızı Ana Dili Günü münasibətilə təbrik edirik
ABŞ Səfirliyi - Bu gün gürcü dilinin gözəlliyini və unikallığını qeyd edirik, gürcü dostlarımızı Ana Dili Günü münasibətilə təbrik edirik

 

ABŞ-nin Gürcüstandakı səfirliyi gürcü dostları Ana Dili Günü münasibətilə təbrik edir.

ABŞ-nin Gürcüstandakı səfirliyinin yazdığı kimi, 1978-ci ilin aprelin 14-də gürcülər Sovet İttifaqının gürcü dilini dövlət dili statusundan məhrum etmək cəhdinə qarşı çıxdılar.

“Bu gün biz onların cəsarətinə ehtiramımızı bildirir və gürcü dilinin gözəlliyini və unikallığını qeyd edirik. Gürcü dostlarımızı Ana Dili Günü münasibətilə təbrik edirik!” – ABŞ-nin Gürcüstandakı səfirliyi yazır.