ABŞ Səfirliyi - Birləşmiş Ştatlar, Rusiya tərəfindən işğal olunmuş Sxinvali bölgəsində üzdəniraq seçkiləri və onun nəticələrini tanımır
ABŞ-ın Gürcüstandakı Səfirliyi işğal olunmuş Sxinvali bölgəsində üzdəniraq seçkilərə əks səda verir.
Bəyanatda qeyd olunduğu kimi, Amerika Birləşmiş Ştatları, Rusiya tərəfindən işğal olunmuş Sxinvali bölgəsində iyunun 9-da keçirilən üzdəniraq seçkiləri və onun nəticələrini tanımır.
İşğal olunmuş Sxinvalidə üzdəniraq parlament seçkiləri keçirildi. Rusiya mediasının məlumatına görə, üzdəniraq seçkilərdə “Yedinaya Osetiya” partiyası liderlik edir.
Gürcüstan Xarici İşlər Nazirliyi, işğal olunmuş Sxinvali bölgəsində keçirilən qondarma parlament seçkilərinə dünən əks səda verdi.
Xarici İşlər Nazirliyində bəyan edirlər ki, işğal olunmuş ərazilərdə keçirilən istənilən üzdəniraq seçkilər qanunsuzdur və beynəlxalq hüququn fundamental normalarına və prinsiplərinə ziddir.