ABŞ Səfirliyi - Birləşmiş Ştatlar işğal olunmuş Sxinvali bölgəsində qondarma prezident seçkilərini və onun nəticələrini tanımır
ABŞ Səfirliyi - Birləşmiş Ştatlar işğal olunmuş Sxinvali bölgəsində qondarma prezident seçkilərini və onun nəticələrini tanımır

Birləşmiş Ştatlar işğal olunmuş Sxinvali bölgəsində 10 apreldə keçirilən qondarma prezident seçkilərini və onun nəticələrini tanımır, – bu barədə məlumatı ABŞ-ın Gürcüstandakı səfirliyi yayır.

“Abxaziya və Cənubi Osetiya ilə bağlı mövqeyimiz birmənalıdır: bu bölgələr Gürcüstanın ayrılmaz hissəsidir. Bunu nə “seçkilər” və nə də Cənubi Osetiyanı Rusiya tərkibinə daxil olmağa çağırab aprior “referendum” dəyişə bilməz. Müvafiq olaraq, biz Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyimizi vurğulayırıq.

İndi, Rusiya Ukraynada qəddar, təxribatsız və əsassız müharibə aparır və Ukrayna xalqına və şəhərlərinə qəsdən hücum edir, beynəlxalq təhlükəsizliyin əsasını təşkil edən bu fundamental prinsiplərə riayət etmək daha da əhəmiyyətlidir.

Buna görə də biz, Rusiyanı Ukraynadakı müharibəyə və Gürcüstanın işğalına dərhal son qoymağa, 2008-ci il atəşkəs razılaşmasından irəli gələn bütün öhdəlikləri yerinə yetirməyə çağırırıq. O cümlədədn, Rusiya qüvvələrinin münaqişədən əvvəlki mövqelərə çıxarılmasına, Gürcüstanın bölgələrinin: Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasının geri götürülməsinə və bu bölgələrdə humanitar yardımın sərbəst hərəkətinin təmin edilməsinə”, – Sıfirliyin bəyanatında deyilir.