ABŞ Səfirliyi - 2001-ci ilin 11 sentyabrı ABŞ tarixində ən faciəli günlərdən biridir, 11 sentyabrı Milli Xidmət və Anma Günü kimi qeyd edirik
2001-ci ilin 11 sentyabrı ABŞ tarixində ən faciəli günlərdən biridir – bu haqda ABŞ-nin Gürcüstandakı səfirliyi sosial şəbəkədə yazır.
“2001-ci ilin 11 sentyabrı ABŞ tarixində təxminən 3000 insanın həyatını itirdiyi və Amerikanı həmişəlik dəyişən ən faciəli günlərdən biridir. Biz hər il onların xatirəsini ehtiramla yad edirik və 11 sentyabrı Milli Xidmət və Anma Günü kimi qeyd edirik” – səfirlik yazır.
Məlumat üçün bildirək ki, 2001-ci ilin sentyabrın 11-də “Al-Qaida”nın terrorçu-kamikadzeləri dörd sərnişin təyyarəsini qaçırdılar, onlardan ikisi Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin göydələnləri ilə toqquşdu. Terrorçular daha bir təyyarəni ölkənin paytaxtı Vaşinqtonda Pentaqona çırpdılar, dördüncü təyyarə isə Pensilvaniyada düzənliyə düşdü. 2001-ci ilin sentyabrın 11-də baş verən silsilə terror aktları ABŞ-da 2977 nəfərin həyatını itirməsi ilə nəticələndi.