ABŞ səfiri Vaxtanq Qomelaurini Polis Günü münasibətilə təbrik edib və ona rəmzi hədiyyə verib
Daxili İşlər naziri Vaxtanq Qomelauri, Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfiri Kelli Deqnan ilə görüşüb. Məlumatı Daxili İşlər Nazirliyi yayır.
Qurumdan verilən məlumata əsasən, səfir Vaxtanq Qomelaurini Polis Günü münasibətilə təbrik edib və ona rəmzi hədiyyə verib.
Görüşdə Vaxtanq Qomelauri, yeni növ koronavirus pandemiyasına qarşı effektiv mübarizədə göstərdiyi köməyə və Gürcüstanın Daxili İşlər Nazirliyinin polis bölmələri üçün fərdi mühafizə vasitələrini verdiyinə görə ABŞ səfirinə təşəkkür edib.
Öz növbəsində, Keli Deqnan, “Covid-19” ilə mübarizə prosesində Gürcüstan hüquq-mühafizəçiləri tərəfindən yüksək peşəkarlığın nümayiş olunduğunu vurğulayıb və Gürcüstanın Daxili İşlər Nazirliyinə yeni növ koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə görülən effektiv tədbirlərə görə təşəkkür edib.
Görüşdə tərəflər həmçinin, Rusiyanın son zamanlarda Richard Luqar adına İctimai Səhiyyə Tədqiqat Mərkəzi ilə bağlı verdiyi bəyanatlarını və son zamanlarda gürcü kəndləri yaxınlığında Rusiya işğalçı qüvvələri tərəfindən yenilənmiş qanunsuz borderizasiya məsələlərini müzakirə ediblər.
Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayır.
Hazırladı-Sevinc Mustafayeva