ABŞ səfiri, Kelli Deqnan Zuqdididə, Dadianilər Sarayında oldu
ABŞ səfiri, Kelli Deqnan Zuqdididə, Dadianilər Sarayında oldu

ABŞ-ın Gürcüstandakı səfiri, Kelli Deqnan Zuqdididə, Dadianilər Sarayında oldu.

ABŞ Səfirliyinin məlumatına görə, səfir gözəl Nəbatat Bağına, Kraliça Sarayına və Niko Dadiani Sarayına baş çəkdi.

“Zuqdididəki Dadianilər Sarayı Sameqrelonun tarixi muxtariyyətindən, unikal mədəni irsindən və Avropa ilə sovetdən əvvəlki güclü əlaqələrdən danışır. Bu gün səfir gözəl Nəbatat Bağına, Kraliça Sarayına və Niko Dadiani Sarayına baş çəkdi. O, həmçinin muzeyin kolleksiyalarını, o cümlədən Məryəmin xalatını, Kraliça Burduxanın XII əsrin ikonasını, İmam Şamilin qılıncını və Napoleon Bonapartın ölümündən sonrakı dörd maskadan birini gözdən keçirdi.

Son otuz il ərzində ABŞ Gürcüstanın qeyri-adi və həqiqətən unikal mədəniyyətini və tarixini qorumaq və təqdim etmək üçün yerli partnyorlarla işləyir. Biz bütün Gürcüstanmiqyası ilə mühüm mədəni irsin qorunması üçün iyirmidən çox layihəni maliyyələşdirdik. Onların arasında Xaç Monastırını qorumaq üçün davam edən layihə var. Həmçinin Gürcüstan muzeylərini və digər mədəniyyət institutlarını müntəzəm olaraq dəstəkləyirik”, – ABŞ səfirliyinin bəyanatında deyilir.