ABŞ Səfirliyi – DFC, “PACE Group” şirkəti ilə 25 milyon dollarlıq ikinci kredit müqaviləsi imzalayıb, maliyyələşdirmə Poti yeni dəniz limanının ikinci yanalma körpüsünün tikintisinə sərf olunacaq
ABŞ-nin Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC), “PACE Group” şirkəti ilə 25 milyon dollar məbləğində ikinci kredit müqaviləsi imzalayıb. Maliyyələşdirmə Poti yeni dəniz limanının ikinci yanalma körpüsünün tikintisinin başa çatdırılmasına sərf olunacaq, bu da toplu yüklərin emal qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq – bu barədə ABŞ-nin Gürcüstandakı Səfirliyi tərəfindən yayılmış məlumatda deyilir.
Onların məlumatına əsasən, layihənin həyata keçirilməsi nəticəsində limanın ötürücülük qabiliyyəti ildə əlavə olaraq bir milyon ton artacaq, kritik infrastruktur güclənəcək və Transxəzər dəhlizi boyunca ticarət daha təhlükəsiz və səmərəli olacaq.
“Qeyd olunmuş layihə, DFC və “PACE Group” arasında uğurlu əməkdaşlığa əsaslanır, əməkdaşlıq çərçivəsində 2020-ci ildə Poti yeni dəniz limanı terminalının inkişafı və tikintisi üçün 50 milyon dollar məbləğində kredit ayrılmışdı.
DFC, ABŞ hökumətinin beynəlxalq investisiya agentliyidir. Onun investisiyaları amerikalı vergi ödəyiciləri üçün etibarlı iqtisadi nəticələr təmin edir, ABŞ-nin müttəfiqləri və tərəfdaşlarının dayanıqlı iqtisadi inkişafına kömək edir” – səfirliyin məlumatında deyilir.