ABŞ Rusiyanın ən iri banklarına tətbiq edilmiş sanksiyaları müvəqqəti dayandırıb

11:31, 18.12.2025

ABŞ Rusiyanın ən iri banklarına tətbiq edilmiş sanksiyaları müvəqqəti olaraq dayandırıb. Bu barədə ABŞ Maliyyə Nazirliyi tərəfindən yayımlanan sənəddə qeyd olunur.

Sənədə əsasən, Rusiyanın ən iri bankları ilə, o cümlədən “Qazprombank”, “Sberbank” və “VTB” bankı ilə əməliyyatlara mülki atom enerjisi layihələrinin saxlanılmasına xidmət etdiyi halda icazə verilir.

ABŞ Maliyyə Nazirliyinin sənədində bildirildiyi kimi, bu istisna 18 iyun 2026-cı ilədək qüvvədə olacaq və yalnız 21 noyabr 2024-cü ilədək başlanmış layihələri əhatə edir.

Oxşar