ABŞ, Rusiya və Çin liderləri arasında ilk üçtərəfli görüş başa çatıb

15:13, 19.11.2026

 

ABŞ, Rusiya və Çin liderləri arasında ilk üçtərəfli görüş başa çatıb. Bu barədə məlumatı “BBC” yayır.

Medianın məlumatına əsasən, Donald Tramp, Si Dzinpin və Vladimer Putin arasında keçirilən sammit təxminən saat yarım ərzində davam edib.

“BBC”nin məlumatına əsasən, ABŞ komandası görüş yerini artıq tərk edib və Donald Trampın yaxın saatlarda ABŞ-a qayıdacağı gözlənilir.

Çin Prezidenti Si Dzinpin görüşün başlanğıcında bəyan edib ki, Çin, Rusiya və ABŞ liderlərinin yığıncağı tarixdə dönüş nöqtəsi əhəmiyyətinə malik ilk hadisədir.

“Çin, Rusiya və Birləşmiş Ştatlar qlobal çağırışların öhdəsindən gəlmək üçün əməkdaşlıq etməklə başqalarına nümunə olmalı, dünyada sülhü və sabitliyi birgə təmin etməli, eləcə də bəşəriyyətin tərəqqisinə daha böyük töhfə verməlidirlər” – Si Dzinpin qeyd edib.

ABŞ Prezidentinin sözlərinə əsasən, o, Si Dzinpin və Vladimer Putin üçtərəfli danışıqlar aparmaqla “həqiqətən tarix yaradırlar”.

“Təkcə xalqlarımıza deyil, bütün planetə təsir göstərən məsələlər üzrə hörmətə əsaslanan dialoqu qoruyub saxlamaq üçün üzərimizə xüsusi məsuliyyət düşür” — Tramp açıqlayıb.

Bununla yanaşı, Rusiya Prezidenti Vladimer Putin Çin və ABŞ prezidentləri ilə görüş zamanı bəyan edib ki, “xalqlarımız Rusiya, Çin və Birləşmiş Ştatlar dünyada təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə verə biləcəklər”.

Oxşar