ABŞ-Rusiya sammiti, qiymətləndirmələr və dünya liderlərinin ehtiyatlı optimizmi
ABŞ-Rusiya sammiti, qiymətləndirmələr və dünya liderlərinin ehtiyatlı optimizmi

Alaskada keçirilən ABŞ və Rusiya prezidentlərinin ikitərəfli sammiti konkret razılaşma olmadan başa çatdı.

Üçsaatlıq danışıqlarda Donald Tramp və Vladimir Putin üçə-üç formatında iştirak edirdilər. Görüşü bütün dünya xüsusi maraqla izləyirdi.

Günün əsas mövzusu Ukraynada davam edən müharibənin dayandırılması idi. Bu məsələdə tərəflər mövqelərini uzlaşdıra bilməsələr də, bildirildi ki, mühüm məsələlərdə irəliləyiş var və danışıqlar davam edəcək.

ABŞ prezidentinin qiymətləndirməsinə görə, indi növbə Ukrayna prezidentinədir. Məhz Volodimir Zelenski ilə Donald Tramp Vaşinqtona qayıdarkən telefonla danışıb. Sonradan bu söhbətə Avropa liderləri – xüsusilə Avropa Komissiyasının prezidenti, Almaniya, Fransa, Böyük Britaniya və Polşa liderləri, həmçinin NATO-nun baş katibi qoşulublar.

Avropada ehtiyatlı optimizm ifadə olunur, Zelenski isə 18 avqustda Vaşinqtonda planlaşdırılan görüşə hazırlaşır.