ABŞ rəsmi olaraq dövlət cihazlarında TikTok-un istifadəsini qadağan edən direktivi ləğv edib
ABŞ hökuməti 2023-cü ildə qəbul edilmiş və dövlətə məxsus cihazlarda sosial media platforması TikTok-dan istifadəni qadağan edən direktivi rəsmi olaraq ləğv edib. Bu barədə “Bloomberg” məlumat yayıb.
Nəşrin məlumatına görə, həmin vaxt Çin mülkiyyətində olan TikTok milli təhlükəsizlik üçün təhlükə hesab edildiyinə və istifadəçilər haqqında məlumat topladığına görə dövlət cihazlarında tətbiqin yüklənməsi və istifadəsi məhdudlaşdırılmışdı.
ABŞ-ın İdarəetmə və Büdcə Ofisinin (OMB) açıqlamasına görə, hazırda ABŞ-da istifadə olunan TikTok versiyası amerikalıların mülkiyyətindədir və artıq ABŞ üçün təhlükə yaratmır.
Qeyd edək ki, TikTok-un sahibi Çində yerləşən ByteDance şirkətidir. Lakin 2026-cı ilin yanvarından etibarən şirkətin ABŞ-dakı əməliyyatlarının 80,1%-i amerikalı və digər beynəlxalq investorlara, 19,9%-lik pay isə ByteDance-ə məxsusdur.