ABŞ Quru Qoşunlarının mətbuat katibi - ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar yaxşı gedir, nikbin əhvali-ruhiyyədəyik
ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar yaxşı gedir – bu haqda ABŞ Quru Qoşunlarının mətbuat katibi Ceffri Tolbert bildirib.
“Danışıqlar yaxşı gedir və nikbin əhvali-ruhiyyədəyik. Katib Driskol danışıqlar zamanı Ağ Ev və ABŞ-nin agentliklərarası strukturları ilə sıx əlaqə saxlayır” – ordunun mətbuat katibi qeyd edib.
Ordunun katibi Den Driskol Birləşmiş Ərəb Əmirliklərində Rusiya nümayəndə heyəti ilə görüşlər keçirir. Rəsmi şəxslərin məlumatına əsasən, Driskol Rusiya nümayəndə heyəti ilə ilk dəfə noyabrın 24-də Əbu-Dabidə görüşüb və görüşlər bu gün də keçirilir. ABŞ ordusunun sözçüsü həmçinin Əbu-Dabidə olan ukraynalı rəsmi şəxslərlə əlaqə saxladığını bildirib.