ABŞ Qəzzaya beynəlxalq təhlükəsizlik qüvvələrinin iki illiyinə yerləşdirilməsi mandatını təsdiqləmək üçün BMT-yə qətnamə ilə müraciət etməyi planlaşdırır
“Reuters”in məlumatına əsasən, Amerika Birləşmiş Ştatları Qəzzada keçid idarəçilik orqanı və Fələstin anklavında beynəlxalq təhlükəsizlik qüvvələrinin iki illik mandatının təsdiqlənməsini nəzərdə tutan BMT-nin qətnamə layihəsini hazırlayıb.
Onların məlumatına əsasən, layihə hələ hazırlanma prosesindədir və 15 üzvdən ibarət BMT Təhlükəsizlik Şurasına rəsmi olaraq təqdim edilməyib.
ABŞ Dövlət Departamentinin nümayəndəsi mediaya Donald Trampın təklif etdiyi sülh planı ilə bağlı BMT Təhlükəsizlik Şurasının üzvləri və digər tərəfdaşlarla danışıqlar aparıldığını bildirib.
Məlum olduğu kimi, Qəzzada beynəlxalq qüvvələrə mülki əhalini və humanitar yardım əməliyyatlarını qorumaq, İsrail və Misirlə sərhəd zonalarının təhlükəsizliyi üzərində işləmək səlahiyyəti veriləcək. “Reuters”in yazdığı kimi, Tramp administrasiyasının ABŞ əsgərlərinin Qəzza sektoruna göndərilməsini istisna etməsinə baxmayaraq, o, çoxmillətli qüvvəyə töhfə vermələri üçün İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Qətər, Türkiyə və Azərbaycanla danışıqlar aparır.