ABŞ Qəzzada mövcud ağır humanitar vəziyyətə görə İsraili tənqid edir
GAZA CITY, GAZA - DECEMBER 01: A general view of the destroyed building following Israeli attacks hit Jabalia refugee camp after the end of the week-long 'humanitarian pause' in Gaza City, Gaza on December 01, 2023. (Photo by Fadi Alwhidi/Anadolu via Getty Images)
ABŞ Qəzzada mövcud ağır humanitar vəziyyətə görə İsraili tənqid edir.
Amerika Birləşmiş Ştatlarının BMT-dəki səfiri Linda Tomas-Qrinfild bildirib ki, İsrail Qəzzaya yardımın verilməsini məhdudlaşdırmağa və Fələstin xalqının əziyyətinə son qoymalıdır.
“Amerika Birləşmiş Ştatları Qəzzanın şimal hissəsindəki vəziyyətdən narahatdır. Fələstin xalqının gedəcək təhlükəsiz yerinin olmaması bizi xüsusilə narahat edir. 1,5 milyondan çox məcburi köçkünün olduğu Cənubi və Mərkəzi Qəzzada mövcud ağır humanitar vəziyyətlə bağlı artıq narahatedici hesabatlar var.
Bu fəlakətli şərtlər aylar əvvəl ehtimal edilirdi və bu dəyişməlidir. Biz İsraili bunu etmək üçün təcili addımlar atmağa çağırırıq. Həmçinin, İsrail hökumətinin Qəzzaya yardımın çatdırılmasını məhdudlaşdıran son vaxtlardakı addımlarından narahatıq” – Linda Tomas-Qrinfild bildirib.