ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri bildirir ki, Ukrayna müəyyən əraziləri güzəştə getməli olacaq

12:34, 17.03.2025

 
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts bildirir ki, Ukrayna müəyyən əraziləri güzəştə getməli olacaq. O, bu barədə “ABC News”un efirində bildirib.

Jurnalist Uoltsdan soruşub, Ukraynada müharibəni bitirmək planının bir hissəsi Ukraynanın NATO üzvü olmayacağı və Donbas bölgəsinin Rusiyaya təhvil verilməsi olacaqmı? ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri cavabında bildirib ki, təhlükəsizlik zəmanəti müqabilində, Ukrayna müəyyən əraziləri güzəştə getməli olacaq.

“Bu, gələcək təhlükəsizlik zəmanətləri müqabilində, müəyyən növ ərazi olacaq. Müdafiə katibinin NATO-nun müdafiə nazirləri toplantısında dediyi kimi, NATO-ya daimi yol və ya Ukraynanın NATO-ya daimi üzvlüyü ehtimalı azdır. Bu, təkcə ABŞ-nin deyil, bir sıra digər ölkələrin də mövqeyidir” – Uolts bildirib.

Oxşar