ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof Rusiyaya gedib
ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkof Rusiyaya gedib.
Xarici medianın məlumatına əsasən, bir az bundan əvvəl Stiv Uitkofun təyyarəsi Moskva Hava Limanına enib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarovanın bəyan etdiyi kimi, danışıqlar bu gün baş tuta bilər.
“Biz amerikalılarla gələcək təmaslar zamanı təqdim edəcəyimiz təşəbbüsləri müzakirə etməyə hazırıq” – Maria Zaxarova bildirib.