ABŞ Prezidenti Donald Tramp üçüncü müddətə prezidentliyə namizəd olmaq istədiyini bildirib, lakin bu məsələdə qanunun çox sərt olduğunu qeyd edib
Donald Tramp 2028-ci il prezident seçkilərində üçüncü müddətə namizədliyini irəli sürmək barədə danışaraq, bu məsələdə qanunun çox sərt olduğunu bildirib.
2028-ci ildə seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı suala ABŞ prezidenti qanunun çox sərt olduğunu deyərək cavab verib:
“Bu sualı mənə hamı verir. Siz də bilirsiniz ki, bu məsələdə qanun çox sərtdir. Namizəd olmaq istəyərdim, amma qanun çox sərtdir”.
Qeyd edək ki, ABŞ Konstitusiyasının 22-ci düzəlişinə əsasən, heç bir şəxs iki dəfədən artıq prezident seçilə bilməz.