ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran ərazisinə bu gün endirilən hava zərbələri Tehranın ötən gün kommersiya gəmilərinə hücumlarına cavabdır
“Bu zərbə İranın dünən gəmilərə qarşı həyata keçirdiyi hücumlara cavabdır. Əgər bu yenidən təkrarlanarsa, vəziyyət daha da ağırlaşacaq”. Bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.
Tramp paylaşımına, öz sözlərinə görə, İranın cənubundakı Çabahar şəhərinə endirilən zərbəni əks etdirən fotonu da əlavə edib.
Bununla yanaşı, BBC bildirib ki, həmin görüntülərin həqiqiliyini və zərbələr barədə məlumatı hələlik müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.
Xatırladaq ki, ABŞ İran ərazisinə növbəti hava zərbələri endirib. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, əməliyyatın məqsədi İranın Hörmüz boğazında gəmiçiliyə təhlükə yaratmaq imkanlarını məhdudlaşdırmaqdır.