ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ Almaniyada yerləşdirilmiş hərbi qüvvələrin sayının azaldılması məsələsini nəzərdən keçirir
ABŞ Almaniyada yerləşdirilmiş hərbi qüvvələrin azaldılması məsələsini nəzərdən keçirir – bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı qərar yaxın zamanda qəbul ediləcək.
“ABŞ Almaniyada yerləşdirilmiş hərbi qüvvələrin mümkün azaldılmasını öyrənir və nəzərdən keçirir. Bu barədə qərar yaxın vaxtlarda veriləcək”, – deyə Tramp sosial şəbəkədə yazıb.