ABŞ “Palestine Action” təşkilatına sanksiya tətbiq edib və onu “xüsusi təyin edilmiş qlobal terrorçu təşkilat”ı elan edib
ABŞ “Palestine Action” təşkilatına sanksiya tətbiq edib və onu “xüsusi təyin edilmiş qlobal terrorçu təşkilat”ı elan edib.
Bu barədə ABŞ Xəzinədarlıq Departamentinin bəyanatında qeyd olunub.
“Palestine Action”a qarşı analoji qərar daha əvvəl Böyük Britaniyada da qəbul edilmişdi. Britaniya hakimiyyəti “Palestine Action”ı 2025-ci ilin iyulunda qruplaşma üzvlərinin Hərbi Hava Qüvvələrinin bazasına daxil olaraq hərbi təyyarələrə zərər vurmasından sonra qadağan etmişdi. Qeyd olunan qrup Britaniya hakimiyyətini İsrailin Qəzza sektorunda törətdiyi hərbi cinayətlərdə şərik olmaqda ittiham edir.