ABŞ Ordusunun Şimal Komandanlığı - Los-Ancelesdə mövcud vəziyyətlə əlaqədar olaraq, aktiv xidmətdə olan təxminən 500 dəniz piyadası yerləşdirilmək üçün hazır vəziyyətdədir
Los-Ancelesdə mövcud vəziyyətlə əlaqədar olaraq, aktiv xidmətdə olan təxminən 500 dəniz piyadası yerləşdirilmək üçün hazır vəziyyətdədir – bu barədə ABŞ Ordusunun Şimal Komandanlığının bəyanatında qeyd olunub.
Bəyanata əsasən, Müdafiə Departamenti tərəfindən federal əmlak və şəxsi heyətin müdafiəsi səyini gücləndirmək və dəstəkləmək üçün lazım olduqda, dəniz piyadaları əraziyə göndəriləcək.
ABŞ-nin müdafiə katibi Pit Heqset bildirib ki, Los-Ancelesdə zorakılığın davam etməsi halında, Pentaqon aktiv hərbi qulluqçuların səfərbər olunmasına hazırdır.