ABŞ Ordusunun Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, Amerika hərbi qüvvələri İranda yeni hava zərbələri dalğasına başlayıb
ABŞ Ordusunun Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, Amerika hərbi qüvvələri İranda yeni hava zərbələri dalğasına başlayıb.
“Bu gün Şərq vaxtı ilə saat 15:00-da Mərkəzi Komandanlıq Ali Baş Komandanın əmri ilə İrana qarşı hava zərbələrinin növbəti mərhələsinə start verib. Bu, ardıcıl yeddinci gecə həyata keçirilən əməliyyatdır. Zərbələrin məqsədi İranın hərbi imkanlarının zəiflədilməsi istiqamətində əməliyyatları davam etdirməkdir”, – deyə CENTCOM-un açıqlamasında bildirilir.
Eyni zamanda, İran KİV-i ölkənin cənubundakı Sirik şəhərində üç partlayışın baş verdiyini xəbər verir. Bundan başqa, Buşehr şəhərində və Keşm adasında da partlayışların baş verməsi ilə bağlı məlumatlar yayılıb.