ABŞ ola bilsin, rus neftini alan ölkələrə 500 faizlik rüsum tətbiq etsin

15:27, 01.05.2025

 

ABŞ ola bilsin, rus neftini alan ölkələrə 500 faizlik rüsum tətbiq etsin – bu barədə “Bloomberg” yazır.

Nəşrə əsasən, Rusiya və rus neftini alan ölkələrə qarşı ABŞ-nin yeni sanksiyaları ilə bağlı qanun layihəsini 72 senator dəstəkləyir.

Sənədə əsasən, sanksiyalar rus nefti, neft məhsulları, təbii qazı və uranı alan ölkələrdən idxala 500 faizlik rüsum tətbiqini nəzərdə tutur. Sanksiyalar, həmçinin, ABŞ vətəndaşlarına Rusiyanın suveren borcunu almağı qadağan edəcək.

Amerikalı senator Lindsi Qrem bildirir ki, yeni qanun layihəsi prezident Donald Trampa kömək etmək üçün nəzərdə tutulub.

“O, məyusluğunu ifadə etdi. Müharibənin danışıqlar yolu ilə, şərəfli və ədalətli şəkildə bitməsini istəyirəm. Fikrimcə, Tramp buna nail olmaq üçün ən yaxşı insandır, lakin bu sanksiyalar Senatın Rusiyanı əsas günahkar kimi görməsi düşüncəsini əks etdirir” – Lindsi Qrem bildirib.

Amerikalı senator əlavə edib ki, Rusiya Prezidenti Vladimer Putin “Trampla oynamaqla böyük səhvə yol verir, ona görə də bu qanun layihəsi prezidentin arsenalında mövcud silahdır”.

Oxşar