ABŞ Dövlət Departamenti, okupasiya xəttinin yanında Gürcüstan vətəndaşlarının həbs edilməsinə dərhal son qoyulmasını tələb edir
ABŞ-ın Dövlət Departamenti Sxinvalinin okupasiya rejiminin verdiyi qərara görə, narahatçılığlnı bildirir.
Söhbət, Gürcüstanda, Rusiya tərəfindən işğal edilən ərazidə yerləşən keçid-nəzarət məntəqələrinin müvəqqəti olaraq, bağlanmasından gedir.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Hizer Nauertin bəyanatında deyilir.
” ABŞ tələb edir ki, De-fakto və Rusiya iqtidarları, işğal edilmiş ərazilərin okupasiya xəttinin yanında, Gürcüstan vətəndaşlarının həbs edilməsini dərhal dayandırsınlar”, – deyilir ABŞ Dövlət Departamentinin bəyanatında.
İşğal altında olan Sxinvalinin de-fakto iqtidarı mayın 7-də okupasiya xəttinin yanında yerləşən keçid-nəzarət məntəqələrini müvəqqəti olaraq, bağladı.
İşğal altında olan Sxinvalinin de-fakto təhlükəsizlik xidmətinin bəyanatına görə, keçid-nəzarət məntəqələri 9 may “Qələbə günü” ilə bağlı bayram tədbirlərinə görə bağlanır.
Keçid məntəqələri mayın 10-da səhər saat 08:00-dan açılacaq.