ABŞ Nümayəndələr Palatası Donald Trampı ikinci dəfə İranla müharibəni dayandırmağa çağırıb

21:47, 23.07.2026

ABŞ Nümayəndələr Palatası artıq ikinci dəfə Prezident Donald Trampı İrana qarşı hərbi əməliyyatları dayandırmağa çağıran qətnamə qəbul edib. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Agentliyin yazdığına görə, qətnaməni bir neçə respublikaçı konqresmen də dəstəkləyib.

Bloomberg bildirir ki, qətnamə hüquqi baxımdan simvolik xarakter daşısa da, İranla münaqişənin ABŞ cəmiyyətində populyar olmadığını açıq şəkildə nümayiş etdirir.

Məlumata əsasən, bəzi respublikaçı qanunvericilər noyabrda keçiriləcək aralıq Konqres seçkilərində seçicilərin Fars körfəzində mümkün müharibəyə görə mənfi mövqe sərgiləyəcəyindən narahatdırlar.

Qətnamə Nümayəndələr Palatasında 214 lehinə, 208 əleyhinə səslə qəbul edilib.

Xatırladaq ki, iyun ayında da Nümayəndələr Palatası analoji qətnamə qəbul etmişdi. Həmin vaxt da sənədi eyni dörd respublikaçı konqresmen – Tomas Massi, Uorren Devidson, Brayan Fitspatrik və Tom Barret dəstəkləmişdi.

İranla müharibəyə qarşı qətnamə hazırda ABŞ Senatında da səsverməyə çıxarılır.

Oxşar