ABŞ-nin "USS Ford" təyyarədaşıyan gəmisi gələn həftə İsrailin yaxınlığında Aralıq dənizində yerləşəcək
ABŞ-nin “USS Ford” təyyarədaşıyan gəmisi gələn həftə İsrailin yaxınlığında Aralıq dənizində yerləşəcək. Bu barədə “CNN” yazır.
Bu, İsrail-İran qarşıdurması fonunda ABŞ-nin münaqişə zonasına gətirdiyi üçüncü təyyarədaşıyan gəmisidir.
Bununla yanaşı, ehtimal ki, “Carl Vinson”u əvəz edəcək daha bir təyyarədaşıyan gəmi yoldadır.