ABŞ-nin Spokane şəhərində yanğın səbəbindən 60 000 vətəndaşın təxliyə edilməsi əmri verilib
Vaşinqton ştatının Spokane şəhərində yanğın səbəbindən 60 000 vətəndaşın təxliyə edilməsi əmri verilib. Yanğın nəticəsində 600 yaşayış evi və kommersiya binası zərər görüb və ya məhv olub.
Federal İnsidentlərin İdarəedilməsi Qrupunun məlumatına əsasən, üç müxtəlif yerdə başlayan yanğınlar ümumilikdə 2 180 hektar torpaq sahəsini əhatə edib.
Rəsmi şəxslər, yanğının hələ də nəzarət altına alına bilmədiyini deyiblər.
Məlumat üçün bildirək ki, artıq bir neçə həftədir Kanada və ABŞ-da miqyaslı yanğınlar tüğyan edir.