ABŞ-nin Səudiyyə Ərəbistanındakı səfirliyi qaçılmaz raket hücumu barədə xəbərdarlıq yayır
ABŞ-nin Səudiyyə Ərəbistanındakı səfirliyi qaçılmaz raket hücumu barədə xəbərdarlıq yayır. Səfirliyin bəyanatına əsasən, Səudiyyə Ərəbistanının şərqindəki ABŞ konsulluğunun yerləşdiyi və ölkənin neft sənayesinin əsas inzibati mərkəzi olan Dahran şəhərinə raket və dronların hücumları gözlənilir.
“ABŞ konsulluğuna getməyin. Dərhal evinizdə, ən aşağı mərtəbədə və pəncərələrdən uzaqda gizlənin. Çölə çıxmayın. Dahrandakı ABŞ konsulluğu şəhərdə olan ABŞ vətəndaşlarını sığınacaq tapmağa, hücum halında təhlükəsizlik planlarını nəzərdən keçirməyə və sonrakı hücumlara hazır olmağa çağırır. ABŞ konsulluğunun əməkdaşları sığınacaqlardadır” – bəyanatda deyilir.
Medianın məlumatına əsasən, səfirlik xəbərdarlığı iki dronun Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ səfirliyinə gecə saatlarında düşməsi nəticəsində kiçik yanğının baş verməsindən və səfirliyin müvəqqəti bağlanmasından sonra yayıb.