ABŞ-nin səhiyyə naziri hamiləlik zamanı “Tylenol”un qəbulu ilə autizm arasında əlaqənin dəlillərinin yetərli olmadığını, lakin ehtiyatlı olmağın lazım olduğunu bildirir

16:17, 30.10.2025
WASHINGTON, DC – JANUARY 30: Robert F. Kennedy Jr., U.S. President Donald Trump’s nominee for Secretary of Health and Human Services testifies during his Senate Committee on Health, Education, Labor and Pensions confirmation hearing at the Dirksen Senate Office Building on January 30, 2025 in Washington, DC. Kennedy is testifying for a second day following a tense three-hour hearing before the Senate Finance Committee where he clashed with Democrats over his stance on vaccines and abortion rights. (Photo by Kevin Dietsch/Getty Images)

 

ABŞ-nin səhiyyə naziri Robert Kennedi hamiləlik zamanı ağrıkəsici dərman “Tylenol”un qəbulu ilə autizm arasında əlaqənin dəlillərinin yetərli olmadığını, lakin ondan ehtiyatlı şəkildə istifadə edilməsi gərəkdiyini bildirir.

“Hamiləlik zamanı “Tylenol”un qəbulu ilə perinatal dövrlər arasında səbəb-nəticə əlaqəsi autizmi mütləq şəkildə törətdiyini demək üçün yetərli deyil, lakin bu, çox ehtimal olunandır. Buna ehtiyatla yanaşmaq lazımdır” – Robert Kennedi media ilə söhbəti zamanı deyib.

Robert Kennedi qeyd olunan bəyanatı Texas ştatının “Tylenol” istehsal edən şirkətə qarşı məhkəməyə müraciət etməsindən bir gün sonra verib.

Sentyabrda ABŞ Prezidenti Donald Tramp elmi dəlillər təqdim etmədən “Tylenol” (“Paracetamol”) ilə autizm arasında əlaqə haqda bəyan edib. Daha sonra Ümumdünya Səhiyyə Təşkilatında autizm ilə hamiləlik zamanı “Paracetamol”un istifadəsi arasında əlaqənin elmi dəlilləri olmadığını qeyd ediblər.

Oxşar