ABŞ-nin "Patriot" hava hücumundan müdafiə sistemi Türkiyədə yerləşdirilib
ABŞ-nin "Patriot" hava hücumundan müdafiə sistemi Türkiyədə yerləşdirilib

 

ABŞ-nin “Patriot” hava hücumundan müdafiə sistemi Türkiyədə yerləşdirilib. Bu haqda məlumatı “CNN” Türkiyənin Müdafiə Nazirliyinə istinadən yayır.

Bəyanatda qeyd olunub ki, ABŞ-nin “Patriot” hava hücumundan müdafiə sistemi cənub-şərq əyalətində NATO tərəfindən “gücləndirilmiş hava və raket” müdafiə tədbirləri çərçivəsində yerləşdirilib.

“Bölgəmizdə son dövrlərdə inkişaf etmiş hadisələri nəzərə alaraq, sərhədlərimizin və hava məkanımızın təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görürük və NATO və müttəfiqlərimizlə məsləhətləşmələr aparırıq. Gördüyümüz milli tədbirlərdən başqa, NATO hava və raketdən müdafiə tədbirlərini gücləndirib. Tədbir çərçivəsində, “Patriot” sistemi hazırda hava məkanımızın qorunmasını dəstəkləmək üçün Malatyadadır” – bəyanatda deyilir.