ABŞ-nin NATO-dakı səfiri Ukrayna və Rusiya danışıqlarında ərazi məsələsinin ən çətin hissə olduğunu və müharibənin bitməsində əsas maneə olduğunu bildirir
Kiyev və Moskva arasındakı danışıqlarda ən çətin məsələ ərazi məsələsi olaraq qalır, bu, müharibənin bitməsində əsas maneədir – bu haqda ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker “Fox News”a müsahibəsində deyib.
Uitakerin qeyd etdiyi kimi, Vaşinqton hələ də əmin deyil ki, Rusiya döyüş əməliyyatlarının dayandırılması məsələsinə ciddi yanaşır.
Səfirin sözlərinə əsasən, ABŞ Ukrayna üçün məqbul olan və eyni zamanda Moskvanın dəstəkləyə biləcəyi şərtlərin işlənib hazırlanmasının zəruri olduğunu hesab edir.
“Bu, ən çətin və mürəkkəb məsələdir. Buna görə də biz bunun üzərində işləməyə davam edəcəyik. Cenevrədə məhsuldar danışıqlar gözləntisi var. Lakin, aydındır ki, hər iki tərəf bu müharibəni bitirmək üzərində razılığa gəlmək üçün yol tapmalıdır” – Uitaker qeyd edib.