ABŞ-nin NATO-dakı səfiri Metiu Uitaker - Vaşinqton Macarıstandan rus neft və qazından imtina etməsini gözləyir
ABŞ-nin NATO-dakı səfiri Metiu Uitaker - Vaşinqton Macarıstandan rus neft və qazından imtina etməsini gözləyir

 

Vaşinqton Macarıstandan rus neft və qazından imtina etməsini gözləyir – bu haqda ABŞ-nin NATO-dakı səfiri Metiu Uitaker “Fox News”a müsahibəsində deyib.

O, Vaşinqtonun Macarıstan, Slovakiya və Türkiyə kimi ölkələrdən rus enerji resurslarından asılılığa son qoyacaq plan işləyib hazırlamasını gözlədiyini bildirib.

“Bir çox qonşu ölkələrdən fərqli olaraq, Macarıstan heç bir plan hazırlamayıb və aktiv tədbirlər görməyib. Buna görə də, biz rus enerjisindən asılılığın aradan qaldırılmasına kömək etmək üçün onlarla, eləcə də Xorvatiya və digər ölkələr kimi onların qonşuları ilə əməkdaşlığı davam etdirəcəyik” – Metiu Uitaker bildirib.

Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyanın iki ən böyük neft şirkəti olan “Rosneft” və “Lukoil”a sanksiyalar tətbiq edib. Macarıstanın Baş naziri Viktor Orban hökumətinin sanksiyalardan yan keçmək üçün çalışdığını bildirib.