ABŞ-nin Miqrasiya Xidmətinin əməkdaşları Men ştatında 26 yaşlı miqrantı odlu silahla qətlə yetiriblər

12:59, 14.07.2026

 

ABŞ-nin Miqrasiya Xidmətinin əməkdaşları Men ştatında 26 yaşlı miqrantı odlu silahla qətlə yetiriblər. Bu barədə məlumatı “CNN” yayır.

Öldürülən şəxs Kolumbiyalı Coan Sebastian Querrerodur. Hadisə iyulun 13-də Bidford şəhərində baş verib.

“CNN”in məlumatına əsasən, müşahidə kameralarının görüntülərində ağ rəngli avtomobilin Bidforddakı kəsişmələrdən birində dairəvi hərəkət etdiyi, piyada olan və ehtimal ki, miqrasiya xidmətinin əməkdaşları olan iki nəfərin isə onu saxlamağa çalışdığı görünür. Bu zaman ağ rəngli avtomobil başqa bir avtomobilə çırpılıb. Bundan sonra, ehtimal ki, miqrasiya xidmətinin əməkdaşları avtomobili mühasirəyə alıb və onlardan biri sürücüyə silah doğruldub.

ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi agentin silahdan “ictimai təhlükəsizlik” naminə istifadə etdiyini bəyan edib, lakin şəxsi niyə təhlükə olaraq gördüyünü dəqiqləşdirməyib.

Məlumat üçün bildirək ki, bundan əvvəl Texasda ABŞ-nin Miqrasiya Xidmətinin əməkdaşları daha bir miqrantı qətlə yetirmişdilər.

Oxşar