ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi - İranın nüvə proqramı ciddi şəkildə zərər görüb
İranın nüvə proqramı ciddi şəkildə zərər görüb – bu barədə ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retklif deyib.
Retklif bildirib ki, etibarlı kəşfiyyat məlumatına əsasən, ABŞ-nin zərbələrindən sonra İranın nüvə proqramı o qədər zərər görüb ki, onun bərpası illər çəkəcək.
“Yeni kəşfiyyat məlumatına əsasən, İranın bir neçə əsas nüvə obyekti məhv edilib və onların bərpası illər çəkəcək” – Retklif bildirib.