ABŞ-nin Küveytdəki səfirliyi fəaliyyətini bərpa edib
ABŞ-nin Küveytdəki səfirliyi fəaliyyətini bərpa edib. ABŞ Dövlət Departamentinin mətbuat katibi bildirib ki, Küveytdə yerləşən səfirlik Amerika vətəndaşları üçün təxirəsalınmaz xidmətlərin göstərilməsini dərhal bərpa edəcək, digər xidmətlər isə mərhələli şəkildə aktivləşdiriləcək.
Medianın məlumatına əsasən, səfirlik ABŞ-nin dövlət katibi Marko Rubionun Küveytə səfəri zamanı yenidən açılıb və dövlət katibi bayrağı ucaldıb.
“Azadlığın, birliyin və müstəqilliyin rəmzi olan Amerika bayrağı indi yenidən Küveyt səmasında qürurla dalğalanır. Küveyt regional təhlükəsizlik və sabitlik baxımından əvəzedilməz tərəfdaşdır. Amerika Birləşmiş Ştatları əməkdaşlığın bütün sahələrində tərəfdaşlığımızı gücləndirməyi səbirsizliklə gözləyir” – Rubio sosial şəbəkədə yazıb.
Məlumat üçün bildirək ki, Küveytdəki ABŞ səfirləyi ABŞ ilə İran arasında hərbi əməliyyatların başlamasından və Tehranın regiondakı ABŞ bazalarına zərbələr endirməsindən sonra bağlanmışdı.