ABŞ-nin xüsusi nümayəndəsi Putinlə yeni görüş elan edib
ABŞ-nin xüsusi nümayəndəsi Putinlə yeni görüş elan edib

 

Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof Amerika mediasına müsahibəsində yanvarın 22-də Rusiya Prezidenti ilə görüşəcəyini bildirib.

O, görüşün Moskvanın təşəbbüsü ilə keçiriləcəyini deyib.

Bundan əvvəl Rusiya dövlət agentlikləri Uitkofun Davosda Kremlin xüsusi nümayəndəsi Kiril Dmitriyevlə görüşdüyünü xəbər vermişdilər. Onların söhbəti təxminən iki saat davam etdi, lakin ABŞ tərəfi bu məlumatı şərh etməyib.

Kremlin mətbuat katibi Dimitri Peskov dünənki danışıqların təfərrüatlarını açıqlamaqdan imtina edib.

Bununla yanaşı, Rusiya dövlət agentliklərinin yazdığı kimi, o, Moskvanın avropalılar və ukraynalılarla davam edən danışıqlar barədə Vaşinqtondan məlumat almasının vacib olduğunu qeyd edib.

“Bu kontekstdə irəli sürülən təklifləri dinləmək vacibdir” – Peskov bildirib.

Peskov həmçinin Putinin yanvarın 22-də Uitkofla görüşəcəyini təsdiqləyib.