ABŞ-nin xəzinədarlıq katibi - Amerika-Çin danışıqlarında müəyyən irəliləyişə nail olunub
Amerika-Çin danışıqlarında müəyyən irəliləyişə nail olunub – bu haqda ABŞ-nin xəzinədarlıq katibi Skot Besent deyib.
“Razılaşmanın texniki detalları ilə bağlı çox yaxşı irəliləyişə nail olduq. Razılaşmanın özünə gəlincə, çinli həmkarlarımız kifayət qədər aqressiv tələblər irəli sürdülər. Baxaq, razılığa nail ola biləcəyik yoxsa yox. Hazırda sosial media tətbiqi üçün milli təhlükəsizliyimizi qurban verməyə hazır deyilik” – Besent qeyd edib.
ABŞ-nin xəzinədarlıq katibinin bəyanatına əsasən, Amerika və Çin sövdələşməyə yaxındırlar, lakin Besent qeyd edir ki, iki ölkə arasında “TikTok” məsələsində razılaşma əldə olunmasa, bu, ABŞ-Çin münasibətlərinə təsir etməyəcək.
Məlumat üçün bildirək ki, Madriddə danışıqlar davam edir. Amerika və Çinin nümayəndə heyətləri ticarət məsələləri, milli təhlükəsizlik və “TikTok” video tətbiqinə sahiblik məsələlərini müzakirə edirlər. ABŞ Prezidenti Donald Tramp bildirir ki, “TikTok” tətbiqinin taleyi Çinin qərarından asılıdır.