ABŞ-nin xəzinədarlıq katibi – ABŞ İrana silah alınmasında kömək edən İranda, Birləşmiş Ərəb Əmirliklərində və Çində fəaliyyət göstərən şəxslər və təşkilatlara qarşı yeni sanksiyalar tətbiq edib

20:52, 01.04.2025

 

ABŞ İrana silah alınmasında kömək edən İranda, Birləşmiş Ərəb Əmirliklərində və Çində fəaliyyət göstərən şəxslər və təşkilatlara qarşı yeni sanksiyalar tətbiq edib.

ABŞ-nin Xəzinədarlıq Departamenti İranın dron istehsalçısı olan şirkətinə komponentlərin alınmasında ittiham olunan altı təşkilata və iki fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.

“İran tərəfindən bölgədəki terror qruplaşmalarına, eləcə də Rusiya tərəfindən Ukraynaya qarşı istifadə üçün pilotsuz uçuş aparatları və raketlərin yayılması mülki əhali, ABŞ personalı, müttəfiqlərimiz və tərəfdaşlarımız üçün yenə təhlükə yaradır” – xəzinədarlıq katibi Skot Besent bildirib.

Xəzinədarlıq Departamentinin bəyanatında qeyd olunub ki, bu, ABŞ Prezidenti Donald Trampın İrana qarşı özünün “maksimum təzyiq” kampaniyasını bərpa etməsindən sonra “İran silahını yayanlara” qarşı sanksiyaların ikinci raundudur.

Oxşar