ABŞ-nin xəzinədarlıq katibi - ABŞ-Çin ticarət danışıqları dalana dirənib və razılaşmanı başa çatdırmaq üçün ehtimal ki, ABŞ və Çin prezidentlərinin iştirakı lazım olacaq
ABŞ-nin xəzinədarlıq katibi - ABŞ-Çin ticarət danışıqları dalana dirənib və razılaşmanı başa çatdırmaq üçün ehtimal ki, ABŞ və Çin prezidentlərinin iştirakı lazım olacaq

 

ABŞ-Çin ticarət danışıqları “bir az dalana dirənib” və razılaşmanı başa çatdırmaq üçün ehtimal ki, ABŞ və Çin prezidentlərinin birbaşa iştirakı lazım olacaq – bu barədə ABŞ-nin xəzinədarlıq katibi Skot Besent “Fox News”a müsahibəsində deyib.

Skot Besent rüsumlarla bağlı danışıqlarda irəliləyişin ləng olduğunu, lakin yaxın həftələrdə əlavə danışıqları gözlədiyini bildirib.

“İnanıram ki, hansısa məqamda Tramp və Si arasında telefon danışığı baş tuta bilər. Danışıqların miqyası və çətinliyi nəzərə alınmaqla, bu, hər iki liderin iştirakını tələb edir. Onların yaxşı münasibətləri var və əminəm ki, çinlilər danışıqlar masasına əyləşəcəklər” – Skot Besent bildirib.