ABŞ-nin İnsan Hüquqlarının Müdafiəsi Mərkəzi, İranda etiraz aksiyalarında ən azı 544 nəfərin həyatını itirməsi haqda məlumat verir
İranda etiraz aksiyaları davam edir. ABŞ-da əsası qoyulan İnsan Hüquqlarının Müdafiəsi Fəallarının Xəbər Agentliyinin (HRANA) məlumatına əsasən, İranda cari etiraz aksiyalarında ən azı 544 nəfər həyatını itirib, onlardan 500-dən çoxu fəaldır.
Bu vaxta olan məlumatlara əsasən, ölkə miqyasında təxminən 10 600 fəal saxlanılıb. Medianın məlumatına əsasən, İran əhalisinin əksəriyyətinin artıq 84 saatdan çoxdur internetə çıxışı yoxdur.
Məlumat üçün bildirək ki, İranda nümayişlər 15-ci gündür davam edir. Əvvəlcə mağazaların satıcıları İran valyutasının ucuzlaşmasına görə narazılıqlarını bildirmək üçün Tehran küçələrinə çıxıblar. Daha sonra tələbələr də onlara qoşulublar. İran etiraz aksiyalarına həlak olanların xatirəsinə üç günlük milli matəm elan edib. Bununla yanaşı, bu gün İranda hakimiyyət tərəfdarlarının kontr-aksiyası keçiriləcək. Medianın məlumatına əsasən, nümayiş yerli vaxtla saat 14:00-da Tehranın mərkəzindəki Enqelab meydanında keçiriləcək. IRNA-nın məlumatına əsasən, aksiyanın mesajı “üsyançıların və silahlı terrorçuların hərəkətlərini pisləmək” olacaq.