ABŞ-nin Hərbi Hava Qüvvələri, Britaniya aviabazası yaxınlığında “icazəsiz pilotsuz uçuş aparatlarının şübhəli fəaliyyətinə” reaksiya verdiklərini bəyan edir

12:19, 14.11.2026

 

ABŞ-nin Hərbi Hava Qüvvələri, Britaniya Kral Hərbi Hava Qüvvələrinin Leykenhit bazası yaxınlığında “icazəsiz pilotsuz uçuş aparatlarının şübhəli fəaliyyətinə” reaksiya verdiklərini bəyan edir.

ABŞ-nin Hərbi Hava Qüvvələrinin nümayəndəsinin sözlərinə əsasən, insident nəticəsində nə təyyarələrə, nə də bazanın infrastrukturuna zərər dəyib.

Hadisədən əvvəl bazada həyəcan siqnallarının işə düşməsi barədə məlumat yayılmışdı.

Britaniya Müdafiə Nazirliyinin nümayəndəsi “BBC”yə açıqlayıb ki, qurum “bütün maraqlı tərəflərlə koordinasiya aparır”.

Leykenhit bazasında ABŞ Hərbi Hava Qüvvələrinin 48-ci qırıcı qanadı yerləşir. Burada təxminən yeddi min hərbi qulluqçu xidmət edir və onların bir hissəsi bazada daimi qalır.

Oxşar