ABŞ-nin hərbi qüvvələri İranda İnqilab Keşikçiləri Korpusunun komanda və nəzarət obyektlərinə, raketlərin, dronların buraxılış məntəqələrinə və hərbi aerodromlara hücum edib
ABŞ-nin hərbi qüvvələri İranda İnqilab Keşikçiləri Korpusunun komanda və nəzarət obyektlərinə, eləcə də İranın hava hücumundan müdafiə imkanlarına, raketlərin, dronların buraxılış məntəqələrinə və hərbi aerodromlara hücum edib.
Bu haqda məlumatı ABŞ Mərkəzi Komandanlığı yayır.
“İran rejimi tərəfindən yaranmış qaçılmaz təhlükələrə qarşı həlledici tədbirlər görməyə davam edəcəyik” – ABŞ Mərkəzi Komandanlığının bəyanatında deyilir.