ABŞ-nin Gürcüstandakı səfirliyi Merab Dvalişvilini UFC çempionluq kəmərini qoruyub saxlaması münasibətilə təbrik edir
ABŞ-nin Gürcüstandakı səfirliyi Merab Dvalişvilini UFC çempionluq kəmərini qoruyub saxlaması münasibətilə təbrik edir.
Bununla yanaşı, səfirliyin “Facebook” səhifəsində Donald Trampın Merab Dvalişvilini qələbə münasibətilə təbrik etdiyi və əlini sıxdığı şəkil dərc olunub.
Nyu-Cersidə keçirilən UFC 316-da Merab Dvalişvili super yüngül çəki dərəcəsində çempionluq döyüşündə amerikalı Şon O’Mali məğlub etdi və kəməri qoruyub saxladı.
Döyüşdə ABŞ Prezidenti Donald Tramp iştirak edirdi.