ABŞ-nin Ali Məhkəməsi Virciniya və Aydahoda transgender qadınların qadın idman yarışlarında iştirakını qadağan edən qanunları qüvvədə saxlayıb
ABŞ-nin Ali Məhkəməsi iki mühafizəkar ştatda transgender qadınların qadın idman yarışlarında iştirakını qadağan edən qanunları qüvvədə saxlayıb.
Qərarı Ali Məhkəmənin altı hakimi dəstəkləyib, üç hakim isə əleyhinə səs verib.
Hakim Brett Kavanonun qərarına əsasən, qanunlar nə qanunun hamı üçün bərabər tətbiq olunmasını tələb edən Konstitusiyanın 14-cü düzəlişini, nə də təhsildə cinsi ayrı-seçkiliyi qadağan edən 1972-ci ilin Təhsil Düzəlişlərinin 9-cu bölməsini pozur.
“The Guardian”ın yazdığı kimi, “bu, qadın idman yarışlarında transgenderlərin iştirakını mütəmadi olaraq kəskin şəkildə tənqid edən Donald Trampın xeyrinə olan növbəti məhkəmə qərarıdır”.
Məlumat üçün bildirək ki, söhbət aşağı instansiya məhkəmələrinin iki transgender tələbənin xeyrinə çıxardığı qərarlardan gedirdi. Onlar Qərbi Virciniya və Aydahoda qadın idman yarışlarında iştirakları qadağan edildikdən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdilər.