ABŞ-nin Ali Məhkəməsi Donald Trampın ölkədə qeyri-qanuni olan immiqrantların ABŞ-da doğulan körpələrinə avtomatik olaraq Amerika vətəndaşlığı verilməsini məhdudlaşdıran qərarını ləğv edib
ABŞ-nin Ali Məhkəməsi prezident Donald Trampın ölkədə qeyri-qanuni olan immiqrantların ABŞ-da doğulan körpələrinə avtomatik olaraq Amerika vətəndaşlığı verilməsini məhdudlaşdıran qərarını ləğv edib. Ali Məhkəmənin hakimləri 3 səsə qarşı 6 səslə, konstitusiyada təsbit olunmuş və Amerika ərazisində doğulan körpələrə avtomatik olaraq ABŞ vətəndaşı statusu verən 150 illik ənənəni qüvvədə saxlayıblar.
Prezident Donald Tramp bu qaydanın dəyişdirilməsinə dair fərmanı Ağ Evə ikinci müddətə qayıdan kimi imzalamışdı.
Lakin bu icra sərəncamından məhkəməyə şikayət edilmişdi.