ABŞ NATO-da 200-ə qədər vəzifəni azaldacaq

12:31, 21.01.2026
NATO and U.S. flags are set on the table as U.S. Defense Secretary Pete Hegseth and NATO Secretary General Mark Rutte meet at the Pentagon in Washington, D.C., U.S., April 24, 2025. REUTERS/Nathan Howard

ABŞ NATO-da 200-ə qədər vəzifəni azaldacaq. Məlumatı “Reuters” yayır.

NATO-nun komandanlıq məntəqələrində dislokasiya olunan personaldan söz gedir.

Mənbənin məlumatına əsasən, planlaşdırılan ixtisarlar barədə avropalı müttəfiqlərin bir hissəsi artıq məlumatlandırılıb. Konkret olaraq, vəzifələr NATO-nun Böyük Britaniyada yerləşən kəşfiyyat mərkəzində və Brüsseldə yerləşən Müttəfiq Xüsusi Əməliyyatlar Komandanlıq Mərkəzində azaldılacaq. Həmçinin, bəzi dəniz əməliyyatlarına cavabdeh olan Portuqaliyadakı mərkəzdə də əməkdaşların sayı azaldılacaq.

“Mənbə” Reuters ilə söhbətində ixtisarların səbəbi barədə heç nə demir.

NATO-da bildiriblər ki, yaranmış vəziyyət qeyri-adi deyil və alyans ABŞ ilə ortaq mövqedə sıx əlaqə saxlayır, bu da NATO-nun müdafiə və güclü çəkindirmə potensialının saxlanmasını təmin edir.

Oxşar