ABŞ-ın birinci xanımı, Cill Bayden qəfildən Ukraynaya getdi. Cill Bayden Ujqorod şəhərinə getdi və burada Ukraynanın birinci xanımı, Yelena Zelenski ilə görüşdü.
“Cill Biden və Yelena Zelenski Ujqorodda sığınacağa çevrilən məktəbdə görüşdülər. Birinci xanımın səfəri Ukraynaya dəstəyin nümayişidir”, – Ağ Evin bəyanatında deyilir.
Təhlükəsizlik tədbirləri ilə əlaqədar ABŞ-ın birinci xanımının Ukraynaya səfəri məxfi olduğundan, jurnalistlər görüşdə iştirak etməyiblər.
Ukrayna mediasının məlumatına görə, Cill Bayden artıq Ukraynanı tərk etdi.