ABŞ Müdafiə Departamenti - ABŞ Almaniyada Ukraynalı hərbçilərinin təliminə başladı
ABŞ Almaniyada Ukraynalı hərbçilərinin təliminə başladı. Bu barədə ABŞ Müdafiə Departamentinin mətbuat katibi bəyan etdi.
Pentaqonun nmayəndəsinin məlumatına görəi, Ukrayna hərbçiləri yeni silahlardan istifadə etmək üçün təlim keçəcəklər.
№Bu səy Ukrayna Silahlı Qüvvələri tərəfindən artıq başqa yerlərdə həyata keçirilən artilleriya təliminə, eləcə də bu yaxınlarda təhlükəsizlik yardım paketinin bir hissəsi kimi elan edilmiş radar sistemləri və zirehlərə dair təlimlərə əsaslanır”, – Con Kirbi bəyan etdi.
Onun sözlərinə görə, ABŞ Almaniyadan başqa Ukrayna hərbçilərini Avropa daha iki ölkəsində hazırlayacaq, lakin Pentaqonun mətbuat katibi söhbətin hansı ölkədən getdiyini dəqiqləşdirmədi.
CNN-nin yazdığı kimi, ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmilərindən biri aprelin 29-da ABŞ-ın Ukraynaya hərbi yardımı ilə yüklənmiş 10-dan çox təyyarənin yaxın 24 saat ərzində Avropa bölgəsinə enəcəyini açıqladı.